İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp nümayəndələrini Moskvaya GÖNDƏRİR - Peskovdan SON DƏQİQƏ açıqlaması VİDEO

402 22.01.2026 14:02 Siyasət A A

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu gün (Bakı vaxtı ilə saat 20:00–21:00 aralığında) Moskvaya səfər edəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, danışıqlarda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da iştirak edəcək və görüşlərin yekununda jurnalistlər üçün brifinq keçiriləcək.

Peskov bildirib ki, Moskva ABŞ prezidenti Donald Trampın və onun komandasının Ukraynadakı vəziyyətin nizamlanması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirir. Bununla yanaşı, Uitkoffun Moskvaya səfəri ərəfəsində Kreml Ukrayna üzrə danışıqların mövcud mərhələsini şərh etmir.

Peskov həmçinin qeyd edib ki, “Sülh Şurası”na 1 milyard dollar məbləğində ödəniş ABŞ-da dondurulmuş aktivlərin açılmasını tələb edir və bu vəsait Fələstinin bərpasına yönəldilməlidir. Onun sözlərinə görə, Rusiyanın xaricdəki aktivləri qanunsuz şəkildə dondurulub və Moskva bunu qəbul etmir. Rəsmi Moskva həmin aktivlərin açılması üçün bütün mümkün mexanizmlərdən istifadə edəcək.

Stiv Uitkoff bildirib ki, Moskvaya səfərindən sonra Əbu-Dabiyə yollanacaq. Orada Ukrayna böhranının nizamlanması ilə bağlı işçi qruplar səviyyəsində təmasların keçirilməsi planlaşdırılır.

Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşünün yerli vaxtla saat 13:00-da, (Bakı vaxtı ilə saat 16:00-da) keçirilməsi nəzərdə tutulur. Bu barədə Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov məlumat verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR