İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinlə görüşəcəyinə əmindir

585 17.05.2025 03:59 Siyasət A A

ABŞ Prezidenti Donald Tramp Rusiya – Ukrayna müharibəsinin həlli üçün rusiyalı həmkarı Vladimir Putinlə görüşün təşkili və keçirilməsinin mümkünlüyünə əmin olduğunu bildirib.

ABŞ lideri bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, biz razılaşacağıq, görüşməliyik, düşünürəm ki, bunu planlaşdıra bilərik”, - o, mövzu ilə bağlı suala cavabında deyib.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşləri asan olmayıb.

"Onun dedikləri xoşuma gəlmədi, işləri daha da mürəkkəbləşdirirdi. Mən həmişə deyirdim ki, onun əlində kart yoxdur, həqiqətən də əlində kart yoxdur".**report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR