ABŞ prezidenti Donald Tramp dünya futbolunun ulduzu Kristiano Ronaldoya gözlənilməz müraciət edib.
Musavat.com xəbər verir ki, o bildirib ki, Ronaldo bütün zamanların ən böyük oyunçularından biridir və onun Amerikaya gəlməsi ölkə üçün vacib sayılır.
Prezident futbolçuya “dərhal yola düş” mesajı verərək onu ABŞ-də görmək istədiyini vurğulayıb.
Açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri bunu zarafat kimi qiymətləndirsə də, digər istifadəçilər ABŞ-ın futbol bazarını böyütmək strategiyasının davamı kimi şərh edir.
Son illər MLS liqasında dünya ulduzlarının sayının artması fonunda bu çağırış idman və siyasətin kəsişdiyi maraqlı hadisə kimi təqdim olunur.
Musavat.com






