İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampı İrana hücuma təşviq edənlərdən biri də Səudiyyə olub - The Washington Post

1019 01.03.2026 11:00 Siyasət A A

Səudiyyə Ərəbistanı İsraillə birlikdə ABŞ-ı İrana hücum etməyə təşviq edib.

Musavat.com xəbər verir ki, bu iddia iləThe Washington Post (WP) mənbələrə istinadən çıxış edib. Qəzetin mənbələrinə görə, ABŞ prezidenti Donald Tramp hücum qərarını "Yaxın Şərqdəki qeyri-adi iki ABŞ müttəfiqi - İsrail və Səudiyyə Ərəbistanının uzunmüddətli təzyiqindən" sonra verib. Nəşr qeyd edir ki, "Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman son bir ay ərzində dəfələrlə Trampa zəng edərək, diplomatik həllə ictimai dəstəyinə baxmayaraq, ABŞ-ın hücumuna təkan verib". Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu eyni zamanda "ABŞ-ın hücumlarına çağırış edən uzunmüddətli kampaniyasını" davam etdirib.

Qəzet vurğulayır ki, "bu birgə səylər Trampı İran rəhbərliyinə və silahlı qüvvələrinə qarşı genişmiqyaslı hava hücumu əmri verməyə sövq edib”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR