İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ərdoğan üçün Ankaraya aparacağı xoş sürprizin nə olduğu bilindi

1530 26.06.2026 08:05 Siyasət A A

ABŞ administrasiyası Türkiyəyə qırıcı təyyarə mühərrikləri tədarükü üçün 700 milyon dollarlıq müqavilə bağlamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi Konqresə göndərilən bildirişə əsasən yayıb. Agentliyin məlumatına görə, müqavilə onlarla mühərriki əhatə edir. Qanunverici orqanın planlarla razılaşmadığı təqdirdə müqaviləni bloklamaq üçün 15 günü var.

Agentlik yazır ki, mühərriklərin çatdırılması iyulun əvvəlində keçirilməsi planlaşdırılan NATO sammitindən əvvəl "Ankara üçün vacib bir jest" olacaq. Reuters qeyd edir ki, sözügedən mühərriklər Türkiyə tərəfindən hazırlanan Kaan beşinci nəsil qırıcı təyyarələri üçün General Electric mühərrikləridir: Kaan Amerika F-35 qırıcı təyyarələrinə Türkiyənin yaratdığı alternativdir.

Kaan qırıcı təyyarəsi 2017-ci ildən bəri Türkiyədə Milli Döyüş Təyyarəsi proqramının bir hissəsi olaraq hazırlanır. Seriyalı istehsalın 2028-ci ildə başlanması planlaşdırılır. Türkiyə hakimiyyəti əvvəllər Kaan-ın performans baxımından Amerika F-35-dən daha yaxşı olacağını və potensial olaraq hazırda Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz edəcəyini bildirmişdi.

ABŞ hakimiyyəti Kaan üçün General Electric tərəfindən hazırlanan mühərriklərin tədarükünü qadağan edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR