İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Qəzza planı fiaskoya uğrayır: “Sülh Şurası”na dəvət edilən ölkələrin əksəriyyəti imtina etdi  

1283 21.01.2026 12:45 Dünya A A

ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı yaratmaq istədiyi “Sülh Şurası” ciddi problemlə üzləşib.

Musavat.com xəbər verir ki, "Financial Times" (FT) nəşri mənbələrinə istinadən yazır ki, Trampın bu təşəbbüsü çərçivəsində dəvət göndərdiyi ölkələrin böyük əksəriyyəti təklifə mənfi cavab verib.

Məlumata görə, bir sıra dövlətlər bu formatın qeyri-müəyyən məqsədlərindən, siyasi risklərindən və mümkün nəticələrindən narahat olduqları üçün “Sülh Şurası”nda iştirakdan imtina ediblər. FT qeyd edir ki, xüsusilə Yaxın Şərqdəki mürəkkəb vəziyyət fonunda belə bir mexanizmin real təsir gücünə malik olub-olmayacağı sual altındadır.

Musavat.com bildirir ki, mənbələrin fikrincə, təşəbbüsə olan şübhələri daha da artıran əsas məqam Trampın Rusiya prezidenti Vladimir Putini də “Sülh Şurası”na dəvət etməsi olub. Bu qərar bir çox ölkələrdə narahatlıq doğurub və mövcud tərəddüdləri daha da gücləndirib.

FT yazır ki, bəzi paytaxtlarda Putinin iştirakının təşəbbüsü siyasi alətə çevirə biləcəyi, eləcə də Qəzza məsələsinin beynəlxalq müstəvidə daha da siyasiləşəcəyi qorxusu yaranıb. Nəticədə bir sıra dövlətlər bu formatdan uzaq durmağı üstün tutublar.

Analitiklərin fikrincə, ölkələrin kütləvi imtinası Trampın Qəzza üzrə diplomatik planlarının ciddi şəkildə sual altına düşdüyünü göstərir. Ekspertlər hesab edirlər ki, “Sülh Şurası” ideyası geniş beynəlxalq dəstək qazanmasa, real siyasi təsir mexanizminə çevrilməsi çətin olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR