İnsanlara hürriyət, millətlərə istiqlal!

Tsarukyanın İrəvandakı sarayından canlı şir və pələngi belə çıxardılar-Video

1620 07.07.2026 00:27 Dünya A A

Ermənistanda iş adamı və siyasətçi Qaqik Tsarukyana qarşı daha bir cinayət işi başlanıb. Bu dəfə ittiham qanunsuz ov və vəhşi heyvanların saxlanılması ilə bağlıdır.

Musavat.com xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, Qaqik Tsarukyanın malikanəsində aparılan axtarışlardan sonra vəhşi heyvan və quşların qanunsuz ovlanması faktı üzrə yeni cinayət işi açılıb.

İstintaq çərçivəsində malikanədən əvvəlcədən sakitləşdirici vurulmuş üç şir və bir pələng çıxarılıb. Bundan başqa, mənşəyi açıqlanmayan 190 heyvan və quş müqəvvası da aşkarlanaraq götürülüb.

İstintaqın versiyasına görə, qanunsuz ov nəticəsində ətraf mühitə 81 min dollardan çox ziyan dəyib.

Müsadirə olunan heyvanlar cinayət işi üzrə maddi sübut kimi tanınıb və İrəvan Zooparkına aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR