İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Qara dəniz üzərində PUA vurdu

1142 15.12.2025 22:14 Dünya A A

Türkiyə Qara dəniz üzərində pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər Qara dəniz istiqamətindən ölkənin hava məkanına yaxınlaşan “hava hədəfini” aşkar ediblər. Hədəf NATO tərəfindən ayrılmış F-16 qırıcısı vasitəsilə müşahidəyə götürülüb.

Sonradan obyektin nəzarətdən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyənləşdirilib. Təhlükəsizlik riski nəzərə alınaraq PUA yaşayış məntəqələrindən kənarda yerləşən təhlükəsiz zonada vurulub.

Nazirlik bildirib ki, insident nəticəsində mülki əhali üçün hər hansı təhlükə yaranmayıb və vəziyyət tam nəzarət altındadır. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR