İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə üçtərəfli görüşə ev sahibliyi edə bilər – Zelenski açıqladı

700 10.03.2026 20:09 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Türkiyə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün keçirilməsinə hazır olduğunu ifadə edib.

Musavat.com xəbər verir ki, Ukrayna rəhbəri bu təşəbbüsü yüksək qiymətləndirdiklərini vurğulayıb. Onun sözlərinə görə, Kiyev belə bir görüşün müharibənin genişlənməsinin qarşısını almaq baxımından müəyyən nəticə verəcəyinə ümid edir.

Zelenski qeyd edib ki, Ukrayna müharibənin daha da böyüməsinin qarşısını almaq üçün öz təcrübəsini bölüşməyə hazırdır. Bununla yanaşı, ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə və tərəfdaş dövlətlərin dəstəyinə ciddi ehtiyac duyduğu da vurğulanıb.

Ukrayna prezidenti əlavə edib ki, təhlükəsizlik sahəsində dəstəyin artırılması həm ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi, həm də regionda sabitliyin qorunması üçün vacibdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR