İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

309 05.06.2026 18:47 Sosial A A

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfəri məşğulluğu təmin edilib.

Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 7915 nəfəri işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində vakansiyalar üzrə münasib işlərlə təmin edilib. 1828 nəfər isə müxtəlif fəaliyyət sahələri üzrə fərdi məşğul şəxslərdir.

Həmçinin, 880 nəfər nazirlik tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını qurublar.

Azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin Nazirliyin önəmli məşğulluq proqramlarından olan "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramı çərçivəsində iş yerləri ilə təminatı da həyata keçirilir. Qeyd edilən ərazilərdə ötən dövrdə 39 əmək yarmarkası da təşkil olunub. Bu aktiv məşğulluq tədbirlərində sakinlərə ərazidəki mövcud vakansiyalar təqdim edilməklə, onlar əmək bacarıqlarına uyğun vakansiyalar üzrə işlə təmin edilirlər.

Doğma yurdlarına köçürülən sakinlərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi üçün hazırlıq kursları da təşkil edilir. Ötən dövrdə onlardan 506 sakin bu kurslara cəlb edilib. Kursları başa vuran şəxslər yeni öyrəndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə sosial dəstək olaraq, onlara birdəfəlik müavinət (600 manat), hər il 5 gün əlavə məzuniyyət verilir, aylıq vəzifə maaşlarına əlavələr edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR