İnsanlara hürriyət, millətlərə istiqlal!

Hücumda yaralanan azərbaycanlıların vəziyyəti və adları açıqlandı

655 05.06.2026 19:43 Gündəm A A

Azov dənizində gəmiyə edilən hücum zamanı yaralanan şəxslərin vəziyyəti ilə bağlı yeni məlumat yayılıb.

Musavat.com xəbər verir ki, Yeysk Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsi yaralıların durumunun stabil olduğunu açıqlayıb.

Həkimlərin məlumatına görə, şöbəyə ümumilikdə üç nəfər qəbul olunub: Emin Saleh oğlu Valehov, Yaşar Samir oğlu İbadzadə və Namiq Vüqar oğlu Cəfərli.

Bildirilib ki, onların hamısı şüurludur və hazırda travmatologiya şöbəsində müalicə alırlar.

Xəstəxanadan verilən məlumata əsasən, yaralıların vəziyyəti stabil qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR