İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən yeni addım: Ermənistanla bağlı bəyanat dəyişdirildi

6420 09.06.2026 23:34 Siyasət A A

Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistanla bağlı yaydığı rəsmi bəyanatın mətnində dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, Türkiyə XİN-in ilkin bəyanatında seçkilərdən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını mümkün edəcək şəraitin formalaşacağına ümid ifadə olunmuşdu.

İlkin variantda deyilirdi:

“Seçkilərdən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını mümkün edəcək şəraitin formalaşacağına ümid edirik”.

Sonradan isə bəyanatın mətni redaktə olunub və həmin hissə belə dəyişdirilib:

“Ümid edirik ki, seçkilərdən sonrakı dövrdə Ermənistan regionda sülh və normallaşma yolunda daha cəsarətli addımlar atacaq”.

Məlumata görə, yekun versiyadan erməni xalqına rifah və firavanlıq arzularını əks etdirən protokol xarakterli ifadələr də çıxarılıb.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR