İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ zərbələrinə cavab olaraq Yaxın Şərq ölkələrində hansı hədəfləri vurduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, SEPSAH ilk zərbə dalğasında İordaniyadakı ABŞ hava bazasın sursat anbarları və yanacaq çənlərini məhv etdiyini iddia edir.
Növbəti iki zərbə dalğasının hədəfi isə Küveyt və Bəhreyndəki obyektlər olub: "Qisas əməliyyatının ikinci mərhələsində İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Hava Qüvvələrinin qırıcıları mühüm helikopter təmiri və texniki xidmət mərkəzlərini, P-8 təyyarəsi üçün anqarı və Bəhreynin Şeyx İsa şəhərindəki ABŞ bazasında yerləşən ABŞ ordusunun pilotsuz təyyarə idarəetmə mərkəzini məhv ediblər. Qisas əməliyyatının üçüncü mərhələsində isə Aerokosmik Qüvvələrimizin qırıcıları Küveytin Əli Salem şəhərindəki Amerika hava bazasında yanacaq çənlərini, Patriot hava hücumundan müdafiə sistemini və Əhməd əl-Cabir hava bazasında strateji FPS radar sistemini məhv edib".
Hücumların raket və dronlarla endirildiyi bildirilir.
Musavat.com






