İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkə viza qaydalarını dəyişdi

733 13.07.2026 12:46 Dünya A A

Şri-Lanka Türkiyə vətəndaşları üçün ölkəyə giriş qaydalarında mühüm dəyişiklik edib.

Musavat.com xəbər verir ki, yeni qərara əsasən, turistik səfərlər zamanı tətbiq olunan 50 ABŞ dolları məbləğində Elektron Səyahət İzni (ETA) rüsumu ləğv olunub. Qərar 25 may 2026-cı il tarixindən qüvvəyə minib və Türkiyə vətəndaşlarının bu ölkəyə səfərini daha əlçatan edib.

Yeni tənzimləmə nəticəsində Türkiyə vətəndaşlarının vizasız, elektron viza, sərhəddə viza və ya şəxsiyyət vəsiqəsi ilə daxil ola bildiyi ölkələrin sayı 100-ü keçib. Bununla belə, rüsumun ləğvi sərhəd nəzarətinin aradan qaldırılması demək deyil.

Şri-Lanka rəsmiləri bildirirlər ki, ölkəyə giriş zamanı sərnişinlərdən geri dönüş bileti, otel bronu və səfər müddətində kifayət qədər maliyyə vəsaitinə malik olduqlarını təsdiqləyən sənədlər tələb oluna bilər. Buna görə də səyahət etməzdən əvvəl rəsmi konsulluq və xarici işlər orqanlarının yenilənmiş qaydaları ilə tanış olmaq tövsiyə edilir.

Mütəxəssislərin fikrincə, Şri-Lankanın bu addımı ölkəyə turist axınını artırmaq, turizm gəlirlərini yüksəltmək və giriş prosedurlarını sadələşdirmək məqsədi daşıyır. Son illər Asiya ölkələrinin turist cəlb etmək üçün oxşar viza güzəştlərinə üstünlük verdiyi qeyd olunur.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR