İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq idarə rəisi qandallanaraq təcridxanaya göndərildi – Yarım milyonluq CİNAYƏT

1010 13.07.2026 13:13 Dünya A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov cinayət işi üzrə məhkəmə araşdırımaları davam edir.

Musavat.com xəbər verir ki, Mehdi Əmrahov yarım milyon manatdan artıq vəsaitin mənimsənilməsi ittihamı ilə hakim qarşısına çıxarılıb. Hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah olunub.

Bundan sonra qısa müşavirəkeçirilib və Mehdi Əmrahov barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirini dəyişdirilməsi, onun məhkəmə zalında həbs olunmasına qərar verilib.

Qeyd edək ki, Mehdi Əmrahov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmə törətməkdə ittiham olunur. İttihama əsasən, söhbət yarım milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsindən gedir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, vurulmuş zərər ödənilmədiyi halda bu əmələ görə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Növbəti məhkəmə prosesi iyulun 20-nə təyin edilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR