İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin məşhur idman şərhçisindən “Dirçəliş Günü” təbriki: “Can Azərbaycana sevgi və qürurla!”

639 17.11.2025 20:53 Maraqlı A A

Türkiyənin tanınmış idman şərhçisi Ertem Şener sosial şəbəkə hesabında 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, paylaşımında Azərbaycanın 1988-ci ildə sovet imperiyasına qarşı qalxan milli mübarizəsinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb.

Musavat.com xəbər verir ki, şərhçi qeyd edib ki, 17 Noyabr Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi, xalqın birliyi və iradəsinin simvoludur:

“Qardaş Azərbaycanın 17 Noyabr Milli Dirçəliş Günü mübarək olsun!

1988-ci ilin o çətin günlərində meydanlara çıxan minlərlə insan təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün cəsarət nümunəsi göstərdi.
Can Azərbaycana sevgi, hörmət və qürurla!”

Paylaşım geniş izləyici kütləsi tərəfindən rəğbətlə qarşılanıb, istifadəçilər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu vurğulayan rəy və şərhlər yazıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR