İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə uçan təyyarədə TƏŞVİŞ: Şarj cihazı alışdı

612 26.02.2026 02:24 Dünya A A

Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinin Yekaterinburq-İstanbul reysini yerinə yetirən təyyarədə qeyri-adi insident baş verib.

Oxu.Az xəbər verir ki, "Airbus A320" təyyarəsi Yekaterinburqdakı Koltsovo hava limanından havaya qalxdıqdan bir az sonra sərnişinlərdən birinin şarj cihazı ("powerbank") alovlanıb.

Ekipaj operativ müdaxilə edərək alovu söndürüb. Yüngül xəsarət alan sərnişinə ilkin tibbi yardım göstərilib.

Hadisə uçuşun gedişinə təsir etməyib. Təyyarə İstanbul hava limanına təhlükəsiz eniş edib.

Aviaşirkət bildirib ki, ekipajın çevik və koordinasiyalı müdaxiləsi nəticəsində yanğın qısa müddətdə aradan qaldırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR