ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner Ukrayna prezidenti Volodimir Zelenski ilə Brüsseldə görüşməyəcəklər, planlaşdırılmış danışıqlar ləğv olunub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Euronews"un jurnalisti Aleks Raufoğlu sosial media hesabında məlumat verib.
Jurnalistin yazdığına görə, Zelenski artıq vətəninə geri dönür.
Görüşün ləğv olunma səbəbləri ilə bağlı hələlik heç bir açıqlama verilməyib və rəsmi qurumlar da mövzuya dair bəyanat yaymayıb.
"Flightradar24" daha əvvəl qeyd edib ki, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffu daşıyan təyyarə Avropada dayanmadan birbaşa ABŞ-a istiqamət alıb.
Musavat.com






