İnsanlara hürriyət, millətlərə istiqlal!

“Уйти нельзя остаться”-Putin hakimiyyətdən gedərsə...

815 27.02.2026 14:54 Siyasət A A

Rusiyada “Putindən sonrakı hakimiyyət” haqda nələr düşünürlər?

Ukrayna prezidenti Volodimir Zelenski son üçtərəfli danışıqlar fonunda rusiyalı həmkarı Vladimir Putinin hakimiyyətdən çəkilmədikcə, müharibənin heç vaxt bitməyəcəyi qənaətini yenidən dilə gətirib. Ukrayna prezidenti son müsahibələrinin birində Putinin 72, özünün isə 48 yaşı olduğunu qabardıb. Hətta bir müddət əvvəl “Eurovision News”a müsahibəsində “O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, – Zelenski qeyd edib.

O, 72 yaşlı Putinin niyə “tezliklə” öləcəyini düşündüyünü açıqlamayıb. Bu kimi açıqlamalar etik baxımdan doğru olmasa da, Rusiyada “Putindən sonrakı hakimiyyət” haqda sualları aktuallaşdırır.
Путин думает. Коллаж Радио 100 грамм.Musavat.com xəbər verir ki, məsələn, vaxtilə belə müzakirələrdə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti Putinin prezidentlik müddəti bitdikdən sonra hadisələrin necə inkişaf edəcəyi ilə bağlı mümkün ssenarini açıqlamışdı. Nəşr hesab edirdi ki, Putinin hakimiyyəti dünən də Rusiyada süni intellektin inkişafı ilə bağlı yaradılmış yeni quruma rəhbərliyi tapşırdığı, Dövlət Şurasının sədri Aleksey Dyuminə verə bilər. “ O, uzun illər Vladimir Putini müşayiət edib və prezidentin şəxsi təhlükəsizliyinə cavabdeh olub. Lakin Dyumin varis kimi özünü təhlükəsiz hiss etmir. Sabiq prezident Dmitri Medvedyevin onun bəzi qərarlarını xüsusi tənqidlə qarşılayırlar.
“Putin gedərsə...” sualı sosial şəbəkələrdə də daima diqqət edilən mövzulardandır. “Bir gün o, vəzifəsindən getməli olacaq. O zaman nə baş verəcək? Hakimiyyətə kim gələcək? Rusiya necə dəyişəcək? Digər ölkələr hansı tədbirləri görəcək?” kimi suallara ən müxtəlif reaksiyalar var.
Məsələn, iddia olunur ki, hər şey Putinin yerinə kimin gələcəyindən asılıdır. Əgər onun yerinə Yeltsin kimi ABŞ-nin “sözlərinə qulaq asan” biri gələrsə, Rusiya, bu gün Zelenskinin rəhbərliyi altında Ukrayna kimi 1990-cı illərə qayıdacaq. Əgər hansısa möcüzə nəticəsində kommunistlər hakimiyyətə qayıdarsa, Rusiya Çin kimi inkişaf edəcək.
Bir qism isə hesab edir ki, Putinin gedişi ilə xüsusi heç nə dəyişməyəcək. Yəni “Putin gedəcək, amma Putinçilik qalacaq”. Bu fikir tərəfdarı Medvedyevin prezidentliyini yada salırlar: “Məsələ burasındadır ki, sağlam bir dövlət sistemi qurulub, burada bir nəfərin yerini dəyişmək heç nəyi dəyişmir. Medvedyev prezident oldu, amma dəhşətli heç nə baş vermədi. Putinizm yaxşı fəaliyyət göstərməyə davam etdi. Və Putindən sonra da belə də davam edəcək.
Picture background

Bəziləri isə hesab edir ki, Putindən sonra hadisələrin necə inkişaf edəcəyi Rusiya xalqından asılı olacaq.
“Əgər ölkəmizin vətəndaşı olmasaq və indiki kimi Rusiya ərazisinin hüquqsuz sakinləri olaraq qalmağa davam etsək, ölkədə dəyişikliklər minimal olacaq. Ciddi kənar müdaxilə olmadan, ölkədəki hər şeyin və hər kəsin deqradasiyasına səbəb olan mövcud durğunluqdan tezliklə çıxa bilməyəcəyik. Ölkəni düşdüyü çıxılmaz vəziyyətdən çıxara biləcək qədər ağıllı və bacarıqlı insanlarımız var. Bir sözlə, hər şey Rusiya vətəndaşları ilə bağlıdır”.

Hakim elitadan olan radikalların təmsilçisi( məsələn, Patruşev və ya Kadırov kimilər) hakimiyyətə gələrsə, ölkədə yenə heç nəyin dəyişməyəcəyini düşünənlər də az deyil. Eləcə də indiki baş naziri Mixail Mişustinin də prezidentliyinin simvolik ola biləcəyi iddia olunur...

Rəy sorğularına inansaq, dövlət sektorunda çalışanların əksəriyyəti, 65 yaşdan yuxarı təqaüdçülər, sistem müxalifətin və hərbi oliqarxiyanın nümayəndələri Putinin heç vaxt(mümkünmü?) getməməsi üçün dua edirlər.

Nəhayət, o rəy də var ki, məşhur "Уйти нельзя остаться" da vergülün harada qoyulacağını ancaq və ancaq Putin bilir...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR