Ukrayna ordusu cəbhədə nəzərəçarpacaq uğur əldə etdiyini açıqlayıb – səkkiz yaşayış məntəqəsi yenidən Kiyevin nəzarətinə qaytarılıb.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyinə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski verib.
Baş komandanın sözlərinə görə, cənub istiqamətində irəliləyiş yanvarın sonlarından davam edir. Bu nəticə son iki il yarım ərzində Rusiyanın uzunmüddətli və baha başa gələn hücum əməliyyatları fonunda nadir taktiki üstünlük kimi qiymətləndirilir.
Bununla belə, geri qaytarılan ərazilərin hansı hissəsinin əvvəllər Rusiya nəzarətində, hansının isə “boz zona”da olduğu dəqiqləşdirilmir. Ekspertlər bildirirlər ki, pilotsuz uçuş aparatlarının (PUA) kütləvi tətbiqi səbəbindən cəbhə xətti faktiki olaraq “bulanıq” xarakter alıb və klassik mövqe anlayışı dəyişib.
Ukrayna və onun müttəfiqləri qeyd edir ki, 2023-cü ildən bəri Rusiya ümumi ərazinin cəmi bir qədər çox – təxminən 1 faizini ələ keçirə bilib. Lakin bu irəliləyiş yüksək canlı qüvvə və texnika itkisi hesabına başa gəlib. Son aylarda isə Rusiya neft infrastrukturu getdikcə daha çox PUA zərbələrinin hədəfinə çevrilir ki, bu da Moskvanın iqtisadi dayanıqlığına əlavə təzyiq yaradır.
Musavat.com






