Ukraynanın Təhlükəsizlik Xidməti ilk dəfə Aralıq dənizinin neytral sularında Rusiyanın “kölgə donanması”na məxsus tankeri pilotsuz uçuş aparatları ilə vurub. “RBK-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, çoxmərhələli əməliyyat nəticəsində Ukraynadan 2 min kilometrdən artıq məsafədə, Aralıq dənizinin neytral sularında “QENDIL” adlı, Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən tanker PUA-lar ilə vurulub. Bildirilir ki, tanker kritik zədələr alıb və artıq təyinatı üzrə istifadə edilə bilinməyəcək.
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskinin Kupyansk şəhəri ilə bağlı açıqlamasına münasibət bildirib. Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub.
“Stela Kupyanskın özündən bir kilometr aralıdadır. Niyə orada dayanırsan? Əgər Kupyansk sizin nəzarətinizdədirsə, içəri girin”, - Rusiya Prezidenti Zelenskinin videosunu şərh edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.






