İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusuna əsir düşən azərbaycanlı İlham Əliyevdən kömək istədi - VİDEO-MÜRACİƏT

2092 26.01.2026 21:16 Son xəbər A A

Ukrayna jurnalisti Yuri Butusovun yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən şəxslər arasında Azərbaycan vətəndaşı da var.

Musavat.com xəbər verir ki, əsir düşən şəxs Əhmədov Azər Arzuman oğlu, 1982-ci il təvəllüdlüdür. O, Rusiya ordusunun tərkibində döyüşdüyü bildirilir.

Məlumata əsasən, hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciət də dərc olunub. Müraciətdə Ukrayna ərazisində əsirlikdə saxlanılan azərbaycanlı vətəndaşın vətənə qaytarılması üçün rəsmi Bakının vasitəçilik göstərməsi xahiş edilir.

Musavat.com Əhmədov Azər Arzuman oğlunun prezident İlham Əliyevə video-müraciətini də təqdim edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR