İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna qarşısında 2 yol - kapitulyasiya və ya müharibə

524 16.12.2025 16:03 Dünya A A

Avropa ölkələri və ABŞ nümayəndələrinin rəsmi açıqlamalarına baxmayaraq, Berlində keçirilən danışıqlar Ukrayna üçün təhlükəsizlik zəmanətləri və mümkün ərazi güzəştləri kimi iki əsas məsələ üzrə aydınlıq yaratmayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” qəzeti xəbər verir.

Nəşrin icmalçısı, Bildin baş redaktorunun müavini Paul Ronçhaymer qeyd edib ki, rəsmi bəyanatlar “pərdəarxasında deyilənlərlə kəskin ziddiyyət təşkil edir”.

Ukrayna hökumət dairələrindəki mənbənin sözlərinə görə, “əvvəlki hallarda olduğu kimi, avropalılar ümumi mövqe sayəsində ABŞ prezidenti Donald Trampı öz tərəflərinə çəkə biləcəklərinə ümid edirlər. Onlara görə, ən azı Ukraynanın əleyhinə planın qəbulunun qarşısının alınması mümkündür.

Məlumata əsasən, Kiyevdə sonda hansı təhlükəsizlik zəmanətlərinin əldə olunacağı hələ də başa düşülmür. Bundan əlavə, “ukraynalıların azı müvəqqəti olaraq ərazi güzəştlərindən yayınmağın mümkün olmadığını dərk etmələrinə baxmayaraq”, Donbasdan qoşunların tam çıxarılması qərarını əhaliyə izah etmək çətin olacaq.

Ronçhaymerin qiymətləndirməsinə görə, “hüquqi baxımdan da bu, hazırkı vəziyyətdə demək olar ki, reallaşdırılması mümkün deyil”.

Bununla belə, qəzetin mənbələrinin bildirdiyinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin rəhbəri Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner Ukraynanın ərazi güzəştləri məsələsində sərt mövqelərini qoruyublar.

Ronçhaymer hesab edir ki, Berlindəki danışıqlardan sonra səsləndirilən müsbət açıqlamalar, çox güman, Trampı qıcıqlandırmamaq və vaxt qazanmaq istəyi ilə bağlıdır. Eyni zamanda, iştirakçılardan heç biri Moskvanın öz tələblərindən imtina edəcəyinə inanmır.

“Görünür, hazırda bizim üçün yaxşı çıxış yolu yoxdur. Ya bizi qismən kapitulyasiyaya məcbur edəcəklər, ya da müharibə davam edəcək - vəziyyəti dəyişə biləcək yeni yardım olmadan”, - deyə nəşr Ukrayna hökumət dairələrindəki mənbədən sitat gətirir.

Xatırladaq ki, dekabrın 14–15-də Berlində Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüşlər keçirilib. Bazar günü danışıqlar təxminən beş saat, bazar ertəsi isə iki saata yaxın davam edib. Bazar ertəsi axşamı danışıqların gedişi bir sıra Avropa liderləri, həmçinin Avropa Komissiyasının sədri və NATO-nun baş katibi tərəfindən müzakirə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR