İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın 6 vilayətini HƏDƏF ALDI - Zərbələr endirdi

738 25.01.2026 10:36 Dünya A A

Yanvarın 25-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri dronlarla Rusiyanın altı bölgəsinə hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram kanalında məlumat yayıb.

Ən çox dron (18) Bryansk vilayəti üzərində məhv edilib, Krasnodar diyarında isə daha 15 dron vurulub.

Hücumdan Rostov vilayəti də zərər görüb, burada 9 dron ələ keçirilib. Orlov vilayətində 4, Belqorod və Astraxan vilayətlərində isə 3 dron məhv edilib.

Müdafiə Nazirliyi vurğulayıb ki, bütün hava hücumları hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf olunub və əhali ilə infrastruktur ciddi zərər görməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR