The New York Times nəşrinin məlumatına görə, Kiyev “yenilənmiş sülh planı”ndan iki prinsipial bəndi çıxarıb.
Musavat.com xəbər verir ki, söhbət Ukraynanın nəzarətində olan Donbas ərazilərindən imtina edilməsi və NATO-ya üzvlük hüququndan vaz keçilməsi ilə bağlı maddələrdən gedir.
Qəzet yazır ki, Ukrayna tərəfi bu dəyişikliklərlə danışıqlarda mövqeyini zəiflətmək niyyətində olmadığını nümayiş etdirməyə çalışır. Rəsmi Kiyev üçün həm ərazi bütövlüyü, həm də gələcək təhlükəsizlik arxitekturası fundamental məsələ olaraq qalır.
Nəşrin vurğuladığına görə, planın yenilənməsi Qərb müttəfiqləri ilə aparılan məsləhətləşmələr fonunda baş verib və bu, Ukraynanın mümkün razılaşmalar çərçivəsində “qırmızı xətləri”ni daha aydın şəkildə ortaya qoymaq məqsədi daşıyır.
Musavat.com






