Avstraliya Ukraynaya silah və sursat almaq üçün əlavə 100 milyon Avstraliya dolları (70 milyon dollar) ayıracaq.
Musavat.com xəbər verir ki, bu, Avstraliya hökumətinin yaydığı açıqlamada əksini tapıb.
Açıqlamada baş nazirin müavini və müdafiə naziri Riçard Marlesə istinad edilərək bildirilir ki, Kanberra tərəfindən ayrılan vəsait NATO-nun dəstəyi ilə yaradılmış Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) vasitəsilə vacib hərbi texnikanın alınmasına istifadə olunacaq:
"Növbəti 12 ay ərzində Avstraliya 50 milyon Avstraliya dolları (35 milyon dollar – red.) məbləğində daha iki ianə edəcək, bundan sonra Ukraynaya ümumi dəstək 1,8 milyard Avstraliya dollarını (1,26 milyard dollar – red.) keçəcək".
Ayrılan vəsait Ukrayna ordusunun ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri, sursat və digər silahların alınması üçün istifadə edilə bilər.
Musavat.com






