Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib. Kiyevin Qoloseyevski rayonunda qeyri-yaşayış binasına zərbə endirilib, nəticədə yanğın başlayıb. Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Musavat.com xəbər verir ki, məlumatı UNİAN yayıb.
Brovary rayonunda dörd fərdi yaşayış evi və iki avtomobilə ziyan dəyib. Borispol rayonunda isə daha bir ev zədələnib.
Rusiya eyni zamanda Xarkovu da hədəfə alıb. Şəhər meri İqor Terexovun sözlərinə görə, düşmən Xarkova 25 ədəd “Şahed” tipli pilotsuz uçuş aparatı ilə hücum edib.
Xarkovun sənaye rayonunda Rusiya hücumu nəticəsində zərər görmüş doğum evi və xəstəxanadakı pasiyentlər şəhərin digər tibb müəssisələrinə köçürülüb. Bu barədə Terexov “Suspilne”yə açıqlamasında bildirib.
Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata əsasən, hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılardan üçü xəstəxanaya yerləşdirilib. Paytaxtın sol sahilində istilik və su təchizatında fasilələr yaranıb.
Musavat.com






