İnsanlara hürriyət, millətlərə istiqlal!

Ürəyini xalqa bağışlayan deputatlar - SİYAHI

2474 02.02.2026 16:06 Səhiyyə A A

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda deputatlar arasında ürək donoru olmaq istəyənlər var.

Onun sözlərinə görə, ötən il Qafqazda və ölkəmizdə ilk dəfə uğurla həyata keçirilən ürək transplantasiyası əməliyyatından sonra donor olmaq istəyənlərin sayı artıb. “Bu şəxslər arasında Milli Məclisin deputatları da var”, – deyə komitə sədri qeyd edib.

Ə.Əmiraslanov əlavə edib ki, Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insanların sayı kifayət qədər çoxdur və əsas problem uyğun donorun tapılmasıdır.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, 2025-ci il üzrə orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayı 1000 nəfəri ötüb. Statistik bölgüyə əsasən, böyrək transplantasiyasına 400 nəfərdən çox, qaraciyər transplantasiyasına təxminən 180 nəfər, ürək transplantasiyasına 30 nəfərə yaxın, sümük iliyi transplantasiyasına 500 nəfərdən çox, buynuz qişa transplantasiyasına isə 20 nəfərə yaxın şəxs ehtiyac duyur. İndiyədək ölümdən sonra orqan donorluğu üçün rəsmi razılıq ərizəsi imzalamış şəxslərin sayı isə təxminən 1200 nəfərdir.

Tarixdə ilk uğurlu ürək transplantasiyası 1967-ci ildə həyata keçirilib. Həmin əməliyyatda donor gənc qadın Denise Darvall olub və onun ürəyi başqa bir insana köçürülərək tibb tarixində yeni mərhələnin əsasını qoyub. Azərbaycanda isə meyit donorundan ilk ürək transplantasiyası 2025-ci ildə icra edilib. Əməliyyat Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərliyi altında ixtisaslı tibbi heyət tərəfindən uğurla həyata keçirilib. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.

Dünyada bir çox tanınmış şəxs ölümündən sonra orqanlarını bağışlayaraq digər insanlara həyat verib. Bu cür nümunələr cəmiyyətə həm humanist mesaj verir, həm də orqan donorluğunun nə qədər vacib olduğunu nümayiş etdirir. Azərbaycanda da həkimlər bu təşəbbüsə qoşularaq ölümdən sonra orqanlarını bağışlamaq istədiklərini yazılı şəkildə bəyan ediblər.

Bəs Milli Məclisin üzvləri arasında ürəyini bağışlamağa hazır olanlar kimlərdir?

Azərbaycanla Çinin etibarlı tərəfdaş olduğu təsdiqləndi - Fatma Yıldırım |  Modern.az

Deputat Fatma Yıldırım Musavat.com-a açıqlamasında bildirib ki, orqan donorluğu həm humanist, həm də savab bir addımdır:

“Əgər bir insanın həyatını xilas etmək mümkündürsə, bunu çox vacib hesab edirəm. Bu məsələ həm tibbi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Cəmiyyətdə orqan donorluğu mədəniyyətinin formalaşmasını vacib sayıram”.

NƏSİROV Elman Xudam oğlu

Deputat Elman Nəsirov isə mövzu ilə bağlı qısa fikir bildirib: “Bu haqda düşünməmişəm”.

CROSSMEDIA - Fazil Mustafa – Ziyalı düşüncəsinin 60 ili

Fazil Mustafa

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa da Musavat.com-a mövqeyini açıqlayıb: “Əgər orqan köçürülməsi bir insanın həyatını xilas edirsə, buna yardım etmək vacibdir. Ürək də bu prosesin tərkib hissəsidir. Bu məsələyə ciddi yanaşılmalı, düşünülmüş qərar verilməlidir”.

Razi Nurullayev: Sənədsiz evlərə qaz və işıq çəkilməlidir | Modern.az

Millət vəkili Razi Nurullayev ürəyini bağışlamağa hazır olduğunu deyib: “Hələ yaşamaq həvəsim var. Amma hər hansı bir hadisə nəticəsində (Allah o günü göstərməsin) həyatımı xilas etmək mümkün olmasa, ürəyim kimə qismət olarsa, halal edirəm”.

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov isə bildirib ki, dünyada milyonlarla insan orqan transplantasiyasına ehtiyac duyur: “Xəstəliklərin sayı artır, orqanlara ehtiyac ciddi şəkildə çoxalıb. Buna görə də dünyada bu sahədə müxtəlif çağırışlar edilir. Ölkəmizdə də bu proses başlayıb. Mən də orqanlarımın ölümdən sonra bağışlanmasını vəsiyyət etmişəm”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR