İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib

500 01.07.2026 17:02 Dünya A A

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Musavat.com xəbər verir ki, o, bununla bağlı X sosial şəbəkəsində paylaşım edib:

“Bakıya gəldim. Avropa İttifaqı Cənubi Qafqazın əlaqəli, dinc və firavan gələcəyinə inanır. Biz bu gələcəyin qurulmasına töhfə vermək istəyirik.

Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi məqsədilə buradayam. Ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik”,- deyə Lyayen qeyd edib.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR