İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uzak şehir"dən sonra rekord qırdılar - 16 saata 5 milyon izlənmə

7579 12.12.2025 19:35 Şou-biznes A A

İstanbulun kosmopolit ruhunu, mədəni zənginliyini və müasir enerjisini ön plana çıxaran yeni mini serial “An İstanbul Story” "GoTürkiye"nin YouTube kanalında tamaşaçılara təqdim edilib. Serial yayımlandığı ilk 16 saatda YouTube, Instagram və TikTok platformalarında 4 milyon 700 min dəfə izlənərək böyük maraq toplayıb.

Baş rollarında Ozan Akbaba və Sinem Ünsalın yer aldığı 10 bölümlük layihə, 2025-ci il Wanderlust Reader Travel Awardsda oxucular tərəfindən “Avropanın Ən Cəzbedici Şəhəri” seçilən İstanbulun sehrini Duru və Selimin səmimi hekayəsi ilə ekranlaşdırır.

Serial İstanbulun yalnız fon kimi deyil, hadisələrin canlı bir iştirakçısı kimi təqdim olunduğu özünəməxsus üslubu ilə seçilir. Eyni layihədə birlikdə rol alsalar da, anlaşmaqda çətinlik çəkən Duru və Selimin münasibəti, gözlənilməz hadisələrlə dərinləşir və şəhərin dinamik ritmi ilə birləşərək İstanbulun çoxqatlı ruhunu tamaşaçıya hiss etdirir.

Layihə Ay Yapım tərəfindən ərsəyə gətirilib. Rejissor kreslosunda beynəlxalq mükafatlara sahib Hilal Saral, ssenari müəllifi isə çağdaş narrativ dili ilə tanınan Kemal Hamamcıoğludur.

2,8 milyard görüntülənmə – rəqəmsal tanıtımın uğuru

GoTürkiye-nin əvvəlki sinematografik mini serialları “Antalya Gambit” və “İstanbul My Love”, treylerlər və bölümlər daxil olmaqla ümumilikdə 2,8 milyard görüntülənmə əldə edərək Türkiyənin rəqəmsal hekayəçilik sahəsində beynəlxalq təsirini ortaya qoymuşdu.

Yeni serial ilk saatlarda rekorda imza atdı

“An İstanbul Story” mini serialının cəmi 16 saatda 5 milyona yaxın izlənmə toplaması, GoTürkiye-nin rəqəmsal tanıtım sahəsində yaratdığı güclü inkişafın davam etdiyini göstərir. TGA və GoTürkiye innovativ kontent yanaşması ilə Türkiyənin mədəni zənginliyini və şəhər hekayələrini dünya auditoriyasına çatdırmaqda israrlıdır.

hayat an.png (125 KB)

Qeyd edək ki, Sinem Ünsal ilə Ozan Akbaba "Uzak şehir"də rol alır. Sinem "Alya", Ozan "Cihan"ı canlandırır.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR