İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlər, iyunun 21-dən başlayır

4651 14.06.2025 16:02 Təhsil A A

İyunun 21-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata başlanılır.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək:

"Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.

Proses eyni qaydada sentyabrın 12-dək davam edəcək.

Məktəbə hazırlıq qruplarının təşkili uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR