İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda “ən qorxulu sirlərdən biri” – ABŞ-ın ordu naziri ilə Pentaqon rəhbəri arasında GƏRGİNLİK

546 29.11.2025 19:37 Siyasət A A

ABŞ-ın ordu naziri Den Driskoll ilə Pentaqon rəhbəri Pit Heqset arasında münasibətlər son dərəcə gərgindir.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazır.

Nəşr bunu Vaşinqtonun “ən qorxulu sirlərindən biri” adlandırır.

Məlumata görə, Heqsetin Driskolla qarşı antipatiyasının əsas səbəbi onun həddindən artıq ambisiyalı olmasıdır.

Administrasiyada hesab edirlər ki, Driskoll siyasi baxımdan “çox irəli gedə bilər” və gələcəkdə məhz Hegsetin kreslosuna iddia edə bilər.

FT-nin danışdığı ekspertlərdən biri bildirib ki, Driskoll “Pentaqona rəhbərlik etmək istədiyini kifayət qədər açıq şəkildə göstərib”.

Pentaqonun keçmiş əməkdaşlarından biri isə qeyd edib ki, orduda xidmət keçdiyi üçün Driskoll hərbçilərlə ünsiyyət qurmağı yaxşı bacarır:

“Onun özünə güvəni var, amma təkəbbürlü deyil. Driskoll ciddi, inadkar və müəyyən risklərə getməyə hazır insan təsiri bağışlayır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR