İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela ABŞ-a cavab ssenarilərini hazırladı: “Uzunmüddətli müqavimət” və “anarxizasiya” planları

412 30.11.2025 15:24 Siyasət A A

Karakas Vaşinqtondan mümkün birbaşa zərbə ehtimalını artıq iki əsas strateji ssenari ilə cavablandırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" yazır.

1. “Uzunmüddətli müqavimət” - partizan müharibəsi modeli

Bu plana görə:

Ordu bölmələri geniş ərazilərə səpələnəcək,

Sabotaj aktları, gizli əməliyyatlar və kölgə müharibəsi taktikasından istifadə olunacaq,

Müharibə klassik cəbhə xəttindən çıxarılıb uzunmüddətli, aşınma xarakterli müqavimət formasına salınacaq.

"Reuters" qeyd edir ki, bu yanaşma Venesuela təhlükəsizlik strukturlarının illərdir hazırladığı “asimetriya” doktrinasına uyğundur.

2. “Anarxizasiya” - paytaxtı idarəolunmaz vəziyyətə salmaq

İkinci ssenari daha sərt və dağıdıcı xarakter daşıyır:

Xüsusi xidmət orqanları və rejimə sadiq silahlı dəstələr dövriyyəyə buraxılır,

Karakas və böyük şəhərlərdə idarəetmənin çökməsinə səbəb ola biləcək xaos yaradılır,

Ölkə “idarəolunmaz mühitə” çevrilərək, hərbi müdaxilənin nəticəsini qeyri-müəyyən və riskli edir.

Meksika Körfəzində və Karib hövzəsində gərginliyin artdığı bir vaxtda hazırlanan bu iki plan Venesuelanın ABŞ-la mümkün toqquşmaya ciddi şəkildə hazırlaşdığını göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR