ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan və Ermənistana səfəri ilə bağlı "X" sosial şəbəkəsindəki hesabında video paylaşıb.
Musavat.com xəbər verir ki, paylaşımda deyilir:
"Bu, Amerika Birləşmiş Ştatları Prezidentinin xarici siyasətimizi yönləndirdiyi istiqamətdir... Prezident Tramp bu tərəfdaşlığa sadiqdir, mən də sadiqəm".
Xatırladaq ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Vens mətbuata bəyanatlarla çıxış ediblər.
Musavat.com






