"Popular Science" jurnalı, Vikipediyanın ingiliscə versiyasının tarixində ən çox axtarılan 25 mövzunu açıqlayıb.
Musavat.com xəbər verir ki, siyahı 2008-ci ildən bu günə qədər olan dövrü əhatə edir, baxmayaraq ki, Vikipediya 2001-ci ildə yaradılıb. Jurnal qeyd edir ki, bu mövzular, Vikipediyanın ən çox axtarılan səhifələri olaraq qalır.
İlk sırada məşhur şəxsiyyətlərin ölüm xəbərləri ilə bağlı səhifə yer alır. Bu səhifə son 25 ildə 647 milyon dəfə ziyarət edilib. ABŞ və Donald Tramp isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə yerləşirlər. 328,5 milyon və 325 milyon dəfə baxılıb.
Beşliyə həmçinin Böyük Britaniya Kraliçası II Elizaveta və Hindistan da daxil olub. Top-10-a daxil olan digər populyar axtarışlar arasında futbolçu Kriştianu Ronaldo, keçmiş ABŞ prezidenti Barak Obama, "SpaceX"-in qurucusu İlon Mask, İkinci Dünya Müharibəsi və Böyük Britaniya var.
İkinci onluqda isə Lionel Messi, Mikail Cekson, "Taxt oyunları" serialı, Adolf Hitler, Eminem, Taylor Swift, Birinci Dünya Müharibəsi, "The Beatles" qrupu, Düeyn Conson, ABŞ prezidentləri siyahısı, Kanada, Lady Gaga, Oskar mükafatı, Queen qrupunun lideri Freddie Mercury və ən çox gəlir gətirən filmlər siyahısı yer alıb.
Musavat.com






