İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitkoff Avropaya gedir

260 13.12.2025 08:20 Siyasət A A

ABŞ Prezidentinin elçisi Stiven Vitkoff bu həftəsonu Berlində Avropa liderləri və Vladimir Zelenski ilə görüşəcək.

Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, o, 14-15 dekabr tarixlərində Böyük Britaniya, Almaniya və Fransadan olan nümayəndələrlə görüşəcək. Qəzetin fikrincə, Vitkoffu Berlinə göndərmək qərarı ABŞ administrasiyasının Vaşinqton və Kiyev arasında sülh sazişinin şərtləri ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına sadiqliyini nümayiş etdirir.

WSJ-nin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merzin müşavirləri ilə birlikdə Berlin danışıqlarında iştirakı gözlənilir. Qəzet xatırladır ki, əvvəlcə Avropa liderləri ABŞ sülh planı ilə bağlı təkliflərini müzakirə etmək üçün bu həftəsonu Trampla görüş təşkil etmək istəyirdilər.

Tramp isə bildirmişdi ki, ABŞ yalnız Vaşinqton danışıqların məhsuldar olacağına inandığı təqdirdə Avropadakı görüşə nümayəndə göndərəcək.

Daha əvvəl Almaniya hökumətinin sözçüsü Stefan Kornelius Almaniya kansleri Fridrix Merzin Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar üçün 15 dekabrda Berlində Vladimir Zelenski ilə görüşəcəyini açıqlamışdı. Bundan sonra bir neçə Aİ və NATO liderinin müzakirələrə qoşulması gözlənilir. Bild qəzetinin məlumatına görə, Aİ-3 (Almaniya, Böyük Britaniya və Fransa) daxilində də danışıqlar planlaşdırılır.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR