İnsanlara hürriyət, millətlərə istiqlal!

Vizasız 22 ölkə: Azərbaycan vətəndaşları haralara gedə bilir?

1025 19.06.2026 17:15 Sosial A A

Azərbaycan vətəndaşlarının vizasız səyahət imkanları ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov parlamentin son iclasında bildirib ki, Azərbaycan artıq təxminən 100-ə yaxın ölkə ilə viza tələbindən azad olunmasına dair müxtəlif sazişlər imzalayıb.


Picture background

Deputat həmçinin qeyd edib ki, hazırda Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu ilə 22 ölkəyə vizasız səfər edə bilirlər. Bu rəqəm ictimai maraq doğurduğu üçün həmin ölkələrin siyahısı da daha çox müzakirə olunur.

Bəs həmin 22 ölkə hansılardır?

Musavat.com xəbər verir ki, mövcud məlumatlara əsasən, Azərbaycan vətəndaşlarının vizasız (və ya sərhəddə əlavə viza tələbi olmadan) səfər edə bildiyi 22 ölkə aşağıdakılardır:

1. Gürcüstan
2. Serbiya
3. Albaniya
4. Bosniya və Herseqovina
5. Moldova
6. Ukrayna
7. Rusiya
8. Belarus
9. Türkiyə
10. Qazaxıstan
11. Qırğızıstan
12. Özbəkistan
13. Tacikistan
14. Malayziya
15. İndoneziya
16. Qətər
17. Dominika
18. Haiti
19. Sent-Vinsent və Qrenadinlər
20. Kolumbiya
21. Ekvador
22. Barbados

Qeyd edək ki, beynəlxalq viza rejimləri dinamik xarakter daşıyır və dəyişikliklər tez-tez baş verir. Məsələn, ötən illərə qədər Monteneqroya vizasız səfər mümkün olsa da, 2026-cı ildən etibarən həmin ölkə Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib və artıq vizasız siyahıya daxil deyil.

Eyni zamanda bəzi ölkələrdə rejim tam sabit deyil. Çinlə bağlı qısa müddətli vizasız və ya xüsusi şərtli rejimlər mövcuddur. Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Dubay istiqamətində isə vizasız və e-viza qarışıq sistem tətbiq olunur ki, bu da səfər şərtlərini situasiyaya görə dəyişə bilər.

Xalidə GƏRAY
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR