Müğənni Nadir Qafarzadə son açıqlaması ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, "Mədəni şou"da qonaq olan sənətçi sosial şəbəkədən gileylənib.
O, insanların sosial şəbəkədən yanlış istifadə etdiyini bildirib:
"Əvvəl əsəbiləşirəm, başlayıb status yazıram. Sonra deyirlər, sənə lazımdır? Mən də silirəm. Məni cəmiyyətin bu vəziyyətdə olması narahat edir: Bir müğənni kimi yox, vətəndaş kimi. Sosial şəbəkələrdə baş verən hadisələr məni qıcıqlandırır. Xalqımı belə görmək istəmirəm: uca görmək istəyirəm. Pisini də pis görmək istəmirəm.
Son günlər paylaşdıqlarımla insanların 90 faizi razılaşır. Televiziyada mədəniyyət görmək istəyirəm. Əgər televizoru açıb kanalı başqa ölkəyə çevirirəmsə, görün bunlar nə gündədir. Mən artıq verilişə qaydalarla gedirəm. Buna mənim sənətim də, yaşım da icazə verir. Mən oxumağa gəlirəm, istədiyim adamla gələcəyəm".
Könül
Musavat.com






