İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamneyi etirazçıları asdıracaq: hüquq müdafiəçilərindən dünya ictimaiyyətinə çağırış

657 11.01.2026 14:18 Dünya A A

İranda davam edən kütləvi etirazlar fonunda siyasi represiyaların kəskinləşməsi barədə xəbərdarlıqlar səslənir.

Musavat.com xəbər verir ki, hüquq müdafiə şəbəkəsi “One Word” açıqlama yayıb və bildirib ki, Ali Xameneyinin yeni göstərişləri və yüksək səviyyəli məhkəmə rəsmilərinin bəyanatları fonunda həbs edilmiş etirazçılara qarşı ölüm hökmü verilməsi riski əhəmiyyətli dərəcədə artıb.

Hüquq müdafiəçiləri vurğulayıblar ki, İranda göstərilən bu təzyiqlər və məhkəmə prosesləri həm qanuniliyin pozulması, həm də insan hüquqlarının kobud şəkildə əyilməsi ilə müşayiət olunur. Onlar beynəlxalq ictimaiyyəti və İran hakimiyyətinin məhkəmə orqanlarını xəbərdar edərək, qanunsuz edamların qarşısının alınması üçün hərəkətə keçməyə çağırıb.

Açıqlamada deyilir:

“İranda hüquqi proseslərin pozulması və etirazçılara qarşı göstərilən sərt cəzalar yalnız insan hüquqlarının pozulması deyil, həm də ölkənin hüquqi sisteminə olan inamı sarsıdır. Beynəlxalq cəmiyyət və məhkəmə orqanları dərhal müdaxilə etməli, qeyri-qanuni edamların qarşısını almalıdır".

Hüquq ekspertləri hesab edirlər ki, Tehranın etirazçılara qarşı sərt ritorikası və ölüm hökmü ilə hədələməsi xalq etirazlarının daha da kəskinləşməsinə, həmçinin beynəlxalq ictimaiyyətlə gərginliyin artmasına səbəb ola bilər.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR