İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəng xəstələrinə ŞAD XƏBƏR

1387 21.04.2026 09:30 Dünya A A

BioNTech şirkəti tərəfindən hazırlanan eksperimental "autogene cevumeran" (mRNT) vaksini mədəaltı vəzi xərçənginin müalicəsində inqilabi nəticələr göstərib.

Musavat.com bildirir ki, bu texnologiya fərdi yanaşmaya əsaslanır.

Cərrahi əməliyyatdan sonra pasiyentin immun sistemi onun şişindəki spesifik mutasiyalara hücum etmək üçün "təlimatlandırılır".

Tədqiqatın gedişində iştirakçıların 50 faizində (16 nəfərdən 8-də) güclü immun cavabı formalaşıb.

Bu aqressiv xəstəlik üçün misilsiz göstərici hesab olunur ki, həmin şəxslərdən 7-si artıq 6 ildir həyatda qalmağı bacarıb.

Hazırda metodun kütləvi tətbiqi üçün effektivliyini təsdiqləmək məqsədilə sınaqların ikinci mərhələsinə start verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR