Türkiyənin milli müdafiə naziri Yaşar Güler Gürcüstanın müdafiə naziri İrakli Çikovani, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, görüş zamanı Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin axtarış-xilasetmə işləri müzakirə olunub.
Nazirlikdən bildirilib:
“Milli müdafiə naziri Yaşar Güler Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarının axtarışı və xilasetmə işləri barədə Gürcüstan müdafiə naziri İrakli Çikovani, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüş keçirib”.
Musavat.com






