İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucun ləğv edilən qurumunun sözçüsündən SON DƏQİQƏ AÇIQLAMASI - 1 ay ərzində...

2163 20.02.2026 18:10 Gündəm A A

“Sosial Tədqiqatlar Mərkəzinin aparıcı fəaliyyət istiqaməti ictimai rəyi və dinamikanı öyrənməkdir. Dövlət başçısının Fərmanında da göstərilir ki, media və ictimai rəy üst-üstə düşən sahələrdir. Bu mənada STM-in sorğu həyata keçirmə və ictimai rəyi öyrənmə təcrübəsi, əldə olan datalar, o cümlədən geniş sorğu bazaları imkan verir ki, bu fəaliyyəti birləşmədən sonra spefik qaydada həyata keçirməyə davam etsin”.

Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

1758263661_eziz.jpg (46 KB)

O bildirib ki, ixtisaslaşan fəaliyyət birləşdirmə prosesində nəzərə alınacaq:

“STM funksional olaraq media qurumu deyil ki, Medianın İnkişafı Agentliyinin tərkibində media fəaliyyəti göstərsin. Tədqiqat sahəsində ixtisaslaşdığı üçün informasiya siyasətinin yeri və rolu, informasiya dinamikaları tədqiqat metodikalarına əsasən həyata keçiriləcək”.

Əziz Əlibəyli ehtimal olunan kadr dəyişikliyindən də danışıb:

“Bu, institusional islahatdır. Prezident dövlət siyasətinin həyata keçirilməsinin daha da təkmilləşdirilməsi ilə bağlı bu cür bir neçə sərəncam və fərmanlar verir. O nöqteyi-nəzərdən götürdükdə kadr dəyişikliyinin olması mümkündür. Müəyyən şəxslər üst-üstə düşən fəaliyyətlərdən kənarlaşdırılsın və spesifik fəaliyyət sahəsinə aid olan şəxslər işlə təmin edilsin. Bu, sonrakı birləşdirmə dönəmində həllini tapacaq məsələlərdir. Təxminən bir ay vaxt var və bu müddət ərzində həllini tapacaq. Hazırda bununla bağlı nəsə demək çətindir”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil edilir.

Sosial Tədqiqatlar Mərkəzinə Zahid Oruc rəhbərlik edirdi.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR