Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının siyasətini tənqid edərək onu gülməli adlandırıb.
Musavat.com xəbər verir ki, diplomat bu fikri mediada yayılan məlumatlara münasibət olaraq səsləndirib. Belə ki, adının açıqlanmadığı bir Aİ rəsmisi blok institutlarında yumor hissinin çatışmadığını qeyd edib və bunu Avropa mesajlarının ictimaiyyətə düzgün çatdırılmasında əskiklik kimi qiymətləndirib.
Zaxarova isə bu yanaşmaya ironik cavab verərək “Telegram” kanalında yazıb: “Fikrimcə, zarafatların çatışmazlığı Aİ-nin siyasətinin gülməli görünməsini tam kompensasiya edir. Yumor olmasa da, gülmək mümkündür”.
Diplomatın bu açıqlaması Moskva ilə Avropa İttifaqı arasında gərgin siyasi münasibətlər fonunda növbəti tənqidi mesaj kimi qiymətləndirilir. Rusiya tərəfi son dövrlərdə Aİ-ni regionlarda ikili standartlar tətbiq etməkdə və qeyri-konstruktiv mövqe tutmaqda ittiham edir.
Nigar Həsənli,
Musavat.com






