İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Azərbaycana TƏŞƏKKÜR ETDİ

1173 04.03.2026 13:51 Siyasət A A

Rusiya Azərbaycan, Ermənistan və Türkmənistan hakimiyyətlərinə minnətdardır. Bu ölkələr İran ərazisindən Rusiya vətəndaşlarının müvafiq quru sərhədləri vasitəsilə maneəsiz çıxışına şərait yaradıblar.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, “martın 3-də Rusiya səfirliyinin əməkdaşlarının ailə üzvləri olan çoxsaylı qadın və uşaqlar təxliyə edilərək Azərbaycana gətirilib, daha sonra isə Moskvaya yola salınıblar”.

Zaxarova Rusiya vətəndaşlarına hələlik İrana səfər etməməyi, hazırda bu ölkədə olanlara isə mümkün qədər tez ərazini tərk etməyi tövsiyə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR