Ukrayna Prezidenti Vladimir Zelenski aylardır davam edən diplomatik təzyiqlər fonunda əvvəllər “qəbuledilməz” sayılan bir vəziyyətə gəlib çıxıb.
Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, Kiyev hazırda “pis razılaşma” ilə “heç bir razılaşmanın olmaması” arasında sıxışdırılıb. Tramp administrasiyasının hazırladığı 28 maddəlik ilkin sülh planında Ukraynanın bəzi ərazilərinin Moskvaya verilməsi ideyası yenidən masaya qayıdıb.
Avropa ölkələrinin işlədiyi alternativ layihədə bu bənd çıxarılıb, lakin Kreml mövqeyini dəyişmir və Putinin maksimalist tələbləri qüvvədə qalır. Mənbələr bildirir ki, ABŞ-ın xüsusi nümayəndəsi Uitkoff Moskvadan növbəti dəfə “Donetsk verilməlidir” mesajını eşidəcək və bu, Vaşinqtonun Kiyevə təzyiqlərini yenidən artıracaq.
Musavat.com






