İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Yunanıstanın Baş naziri ilə cəbhədəki vəziyyəti müzakirə etdi

525 18.06.2026 22:51 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşündə cəbhədəki vəziyyət və Rusiyanın hücumlarının nəticələri barədə məlumat verib.

Musavat.com xəbər verir ki, Zelenski görüş zamanı G7 sammitində keçirilən təmaslar, əldə olunan razılaşmalar və sülhün yaxınlaşdırılması üçün diplomatik səylər barədə danışdığını bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın Avropa İttifaqına inteqrasiyası da ayrıca müzakirə olunub. Zelenski qeyd edib ki, ilk danışıqlar klasterinin açılmasından sonra qalan beş klasterin mümkün qədər tez açılması Kiyev üçün prioritetdir.

Ukrayna lideri Yunanıstana göstərdiyi hərbi yardıma və PURL proqramına verdiyi töhfəyə görə təşəkkür edib.

Zelenski əlavə edib ki, əsas vəzifələrdən biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və antiballistik imkanlarının genişləndirilməsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR