İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizindən heyrətamiz reportaj: BBC-nin seçimi niyə məhz Qarabağ ermənisi oldu?

2827 06.12.2025 20:39 Region A A

BBC Rusca Zəngəzur dəhlizindən reportaj hazırlayıb.

Musavat.com xəbər verir ki, BBC Rusca-nın əməkdaşı Qərbi Zəngəzurda (Sünik) yaşayan Marut Vanyanla birgə bölgədə olub.

2023-cü ildə Xankəndidən könüllü şəkildə Ermənistana köçən Vanyanın Xankəndidə yaşadığı evin açarını və Azərbaycan şəhərindən götürdüyü daşı nümayiş etdirməsi də bizə yaxşı məlum olan məqsədlərdən Zəngəzur dəhlizinə aid filmə daxil edilib.

Hətta onun uğursuz bir lətifə xatırlatması da ənənəvi hay xislətinin nümayişidir.

BBC Rusca necə oldu ki, Qərbi Zəngəzurda, azərbaycanlıların deportasiya olunduğu ərazilərdə yaşayan başqa bir Ermənistan ermənisi tapa bilmədimi, Qarabağdan getmiş ermənini bələdçi olaraq özünə yoldaş seçdi?

Hər halda maraqlı məsələdir və burada Azərbaycana qarşı məkrli məqsədlərin olduğu şübhə doğurmur.

Amma istənilən halda darmadağın edilmiş Zəngəzur dəhlizi ilə bağlı kadrlar diqqət çəkdiyi üçün diqqətinizə təqdim edirik.

Yeri gəlmişkən, Vanyanın “90-cı illərdə, Qarabağ müharibəsi zamanı burdakı dəmir yolunu partlatdılar ki, qoy Azərbaycandan bura, sonra da Naxçıvana yol davam eləməsin” - sözləri əslində Ermənistanın və erməniçiliyin ifşasıdır. O zaman sözügedən dəmir yolu Azərbaycan dəmiryollarının balansında idi.

Sözügedən kadrları təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR