İnsanlara hürriyət, millətlərə istiqlal!

Zidan milli komandaya baş məşqçi TƏYİN OLUNDU

636 28.07.2026 13:27 İdman A A

Dünya və Avropa çempionu, 1998-ci ilin "Qızıl top" mükafatçısı Zinəddin Zidan Fransa milli komandasının yeni baş məşqçisi olub.

Musavat.com xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

Zidan 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulan 4 illik müqaviləyə imza atıb.

54 yaşlı mütəxəssis bu postda 2026-cı il dünya çempionatından sonra millidən ayrılan Didye Deşamı əvəzləyib.

Deşam 2012-ci ildən rəhbərlik etdiyi komanda ilə 2018-ci il dünya çempionatının və 2021-ci il Millətlər Liqasının qalibi olub, həmçinin Avro-2016 və DÇ-2022-nin finalında oynayıb.

DÇ-2026-da isə fransızlar yarımfinalda İspaniyaya (0:2), üçüncü yer uğrunda matçda isə İngiltərəyə (4:6) məğlub olaraq turniri 4-cü pillədə başa vurublar.

Qeyd edək ki, Zidan 2021-ci ilin may ayında "Real Madrid" baş məşqçi postundan ayrıldıqdan sonra işsiz idi. O, 2016–2018 və 2019–2021-ci illərdə Madrid klubunu çalışdırıb. Zidanın rəhbərliyi altında "Real" 3 dəfə Çempionlar Liqasının, 2 dəfə İspaniya çempionatının, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə İspaniya Superkubokunun və 2 dəfə Klublararası dünya çempionatının qalibi olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR