İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda daha bir seçki məntəqəsindən görüntülər - Fəallıq davam edir

1185 07.02.2024 12:30 Seçki 2024 A A

Bu gün ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirilir.

Musavat.com xəbər verir ki, bütün məntəqələrdə olduğu kimi, 19 saylı Nərimanov birinci seçki dairəsinin 25-ci seçki məntəqəsində də vətəndaşlar səsvermə prosesində aktiv iştirak edirlər.

Seçki məntəsinin sədri Faiq Şahbazlı Musavat.com-a danışıb.

O bildirib ki, səhər saatlarından vətəndaşlar böyük həvəslə səsvermə prosesində iştirak edirlər. İndiyədək hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Məntəqədən görüntüləri təqdim edirik:

Musavat.com
Turan Oruc,
İqbal Rzayev

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR