İnsanlara hürriyət, millətlərə istiqlal!

10 il müddətə sıfır nəticə: rus alimləri ABŞ akkumulyatorunu təkrarlaya bilmədi

4634 08.02.2026 04:02 Dünya A A

Rusiya alimlərinin ABŞ texnologiyasını əvəzləmək cəhdi tam fiasko ilə nəticələnib. Elmi-istehsalat müəssisəsi olan NİAİ “İstoçnik” dövlət sifarişi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib.

Musavat.com xəbər verir ki, buna görə Rusiya Sənaye və Ticarət Nazirliyi müəssisəni 181 milyon rubl məbləğində cərimələyib. Bu məbləğ ABŞ-ın Altairnano şirkətinə məxsus litium-nanotitanat akkumulyatorlarının analoqlarının seriyalı istehsalının mənimsənilməsi üzrə müqavilənin tam dəyərinə bərabərdir.

Layihəyə əsasən, hazırlanacaq akkumulyatorlar artırılmış tutuma, mənfi temperaturda sürətli doldurulma imkanına və yüksək istismar resursuna malik olmalı idi. Müqavilə 2016-cı ilin noyabrında bağlanmış, işlərin 2019-cu ilin avqustunadək başa çatdırılması planlaşdırılmışdı.

Lakin aradan 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, layihə üzrə nəzərdə tutulan texnoloji nəticələr əldə edilməyib. Nəticədə dövlət sifarişi icra olunmayıb, layihə faktiki olaraq uğursuzluğa düçar olub və Rusiya elminin iddiaları növbəti dəfə real imkanlarla uzlaşmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR